Suriyadan İsrailə YENİ TƏHLÜKƏbackend

Suriyadan İsrailə YENİ TƏHLÜKƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyadan İsrailə yeni təhlükə yaranıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Kan 11” telekanalı təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Suriya prezidenti əl-Şaraanın dəstəyi ilə Əsəd hökuməti dövründə həbs edilən bütün HƏMAS və “İslami Cihad” fəalları bir müddət əvvəl azadlığa buraxılıb.

Qeyd olunur ki, azadlığa çıxan məhbuslardan bəziləri İsrailə qarşı terror fəaliyyətinə başlayıb.

İsrail təhlükəsizlik güclərindəki mənbə Suriyanın yeni prezidentini kəskin tənqid edib:

“Biz başa düşürük ki, o, dialoq tərəfdaşı deyil, düşməndir. O, İsrailin təhlükəsizliyini pozmağa çalışarkən Qərbə yeni imici satmağa çalışan qalstuklu islamçıdır”.

Yanvar ayında İranın Əsəd rejiminin devrilməsindən sonra Suriyada təsirini saxlamaq üçün yollar axtarmağa başladığı və həll yollarından birinin ölkədəki HƏMAS və “İslami Cihad” hücrələrinə dəstək olduğu bildirilmişdi.

Xuraman Etibarlı

İnterpress.az