Özbəkistan və Çin strateji tərəfdaşlığın inkişafını müzakirə edib.
İnterpress.az xəbər verir ki, bu barədə özbək mediası məlumat yayıb.
Özbəkistan Prezidenti Mirziyoyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ciançaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qarşılıqlı ticarət və investisiya dövriyyəsinin artımı, o cümlədən hərtərəfli strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsinə xüsusi diqqət yetirilib.
Xuraman Etibarlı
İnterpress.az