Malayziyada ağır qəza baş verib.
İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, martın 30-da malayziyada dəhşətli yol qəzası baş verib.
Beş tonluq “Raleigh” markalı yük maşını maneənin üstündən keçərək qarşıdan gələn zolağa çıxıb və bir neçə avtomobili əzib.
Üç nəfər ölüb, dörd nəfər isə ağır yaralanıb.
Yük maşınının sürücüsü həbs edilib və onun qanında spirt və ya narkotik izi aşkar edilməyib.
Xuraman Etibarlı
İnterpress.az