Qadın ərinin 3,8 milyon dollar dəyərində bitkoin olan fləş diskini zibilə atıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Məıumata görə, ingilis qadın Elli Hart evi təmizləyərkən təsadüfən ərinin 3,8 milyon dollar dəyərində bitkoin olan fləş diskini atıb.
Qadın təmizliyə başlayıb və köhnə qəbzlər və batareyalar olan qutunu təmizləyib. Orada bir fləş də olub.
Qızın dediyinə görə, onun məktəbdən iş fləşi olub.
Amma məlum olub ki, onun içində ərin 2013-cü ildə aldığı bitkoinlər var.
“Tom bitkoinləri üçün kiçik qara fleş disk haqqında soruşanda mən donub qaldım. Bütün zibil torbalarını eşələdik, amma artıq gec idi”, – qadın deyib.
Ər hadisədən xəbər tutanda onu danlamasa da, “susması öz sözünü deyir”.
Xuraman Etibarlı
İnterpress.az