Xakasiyada inəklər qadının 13 qabırğasını SINDIRDI – VİDEObackend

Xakasiyada inəklər qadının 13 qabırğasını SINDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xakasiyada inəklər qadının 13 qabırğasını sındırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Svetlana Skosyrskaya bir rəfiqəsi ilə gəzərkən gözlənilməz təhlükə ilə qarşılaşıb. İki inək qadınlara hücum edib.

Onlardan biri reanimasiyaya düşüb. Qadının xatırladığı kimi, “gözü qızmış” inək onu sözün əsl mənasında tapdalayıb.

Fevral ayında mal-qaranı boş sahəyə çıxaran çoban bu hərəkətinə heç bir izahat verməyib və heç kim inəklərdə quduzluq olub-olmadığını yoxlamayıb.

İndi yerli sakinlər hücumun təkrarlanacağından qorxurlar və Svetlana və əri kömək üçün müraciət ediblər.

Xuraman Etibarlı

İnterpress.az