Rusiya Ermənistana 11 milyon dollar dəyərində yararsız hərbi texnika verib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Rusiya Ermənistana 4,3 milyard dram (təxminən 11 milyon dollar) dəyərində yararsız hərbi texnika verib.
Generallar Movses Akopyan və Armen Arutyunyana qarşı yeni ittihamlar irəli sürülüb.
Avadanlıqlar 2017-ci ildə Ermənistan və Qarabağdakı hərbi hissələrə verilib və 44 günlük müharibə zamanı RLS-lərin sıradan çıxdığı aşkarlanıb.
Xuraman Etibarlı
İnterpress.az