Amerikalı qadın Vyetnam müharibəsi veteranlarının fonduna cibində səhvən 2,5 milyon dollarlıq uduşlu lotereya biletini unutduğu gödəkçə bağışlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli televiziya kanalı WTAE məlumat yayıb. Bildirilir ki, Pensilvaniyadan olan amerikalı qadın Vyetnam müharibəsi veteranlarına cibində səhvən 2,5 milyon dollarlıq uduşlu lotereya biletini unutduğu gödəkçə bağışlayıb.
WTAE qeyd etdiyi kimi, dövlət orqanları və lotereya rəsmiləri 76 yaşlı qadına uduşunu biletsiz vermənin mümkün olmadığını bildiriblər.
“Mildred Simoneriluto itirilmiş lotereya biletinə görə narahatlıq keçirərək keçən ili kədər içində keçirdi”, – WTAE məqaləsində deyilir.
Xuraman Etibarlı
İnterpress.az