Tramp Maskı dövlət qulluğundan qovmağa HAZIRLAŞIRbackend

Tramp Maskı dövlət qulluğundan qovmağa HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Maskı dövlət qulluğundan qovmağa hazırlaşır.

İnterpress.az xəbər verir ki, bunu o, Maskın hökumətdə xüsusi dövlət qulluqçusu kimi xidmət edəcəyi və Hökumətin Səmərəliliyi Departamentinə cəmi 130 gün rəhbərlik edəcəyi ilə izah edib.

Trampın sözlərinə görə, sahibkarın özü də öz şirkətinə qayıtmaq istəyir.

“Məncə o, heyrətamizdir, amma eyni zamanda onun idarə edəcəyi böyük bir şirkəti olduğunu və nə vaxtsa geri dönəcəyini düşünürəm”, – Tramp deyib.

ABŞ prezidenti əlavə edib ki, o, Maskı mümkün qədər uzun müddət dövlət qulluğunda saxlamağa çalışacaq və onu “istedadlı və çox ağıllı” insan adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az