Erməni deputat Vilen Qabrielyan deputat mandatından istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə o, öz Facebook səhifəsində yazıb.
Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vilen Qabrielyan deputat mandatından istefa verir.
“Ötən bazar günü Gümrü şəhərində mənimlə bağlı baş vermiş qondarma hadisələri Ermənistan parlamentinin deputatına yaraşmayan hadisə hesab edirəm.
Bununla əlaqədar olaraq hamınıza açıq üzrxahlıq təklif edirəm və deputat mandatımdan istefa verdiyimi rəsmən bəyan edirəm”, – o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az