Aİ-dən Qəzza mesajı: 1,7 milyon fələstinlinin qaçmağa yeri yoxdurbackend

Aİ-dən Qəzza mesajı: 1,7 milyon fələstinlinin qaçmağa yeri yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AB Ali Nümayəndəsi Borrell 1,7 milyon fələstinlinin qaçmağa yeri olmadığını və İsrailin Rəfaha hücumunun qarşısını almaq üçün ona təzyiqlərin davam etməli olduğunu bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Borrell Brüsseldə Aİ ölkələrinin inkişaf nazirlərinin qeyri-rəsmi toplantısının girişində mətbuata açıqlama verib.

İclasda Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) baş komissarı Filip Lazzarininin də iştirak edəcəyini və Qəzzadakı humanitar böhranla bağlı son vəziyyətin müzakirə ediləcəyini bildirən Borrell:

“Misir sərhədindəki vəziyyətdən çox narahatıq. Görünən odur ki, İsrail tərəfindən yeni əməliyyat keçirilir. (İsrailin baş naziri Benyamin) Netanyahu 1,7 milyon insanın hara təxliyə edilə biləcəyini demədən təxliyyə olunmasını istəyir”.