Avropa İttifaqı İsrail tərəfindən evləri dağıdılan fələstinlilərin hüquqlarını müdafiə edən Fəhri Əbu Diyabın Qüdsdəki evinin sökülməsini pisləyib və bu hərəkətin beynəlxalq hüququn ciddi şəkildə pozulması olduğunu bəyan edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətindən verilən açıqlamada deyilir: “İcma lideri Əbu Diyabın ailəsinin nəsillər boyu məskunlaşdığı Şərqi Qüdsdəki evinin sökülməsini pisləyirik. Bu cür hərəkətlər beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır”.
Bəyanatda İsraildən söz mövzusu həssas bölgə də daxil olmaqla fələstinlilərin evlərinin sökülməsini dayandırmağa çağırılıb və bu hərəkətlərin beynəlxalq sülh səylərinə zərbə vurduğu vurğulanıb.
“İsrail əsgərləri evimizə basqın etdi, bizi evimizdən zorla çıxardı, mənə və ailə üzvlərimə hücum etməyə cəhd etdi” -qeyd edilib.
35 ildir çökmüş evində yaşadığını izah edən Diyab bildirib ki, evinin sökülməsinə dair sərəncam 15 il əvvəl verilib.
Evdə özü, həyat yoldaşı və 2 evli övladı olmaqla ümumilikdə 10 nəfərin yaşadığını deyən Diyab evsiz olduqlarını bildirib.
Qüds tədqiqatçısı və Silvan Lands Müdafiə Şurasının üzvü Fahri Abu Diyab, illərdir evləri sökülmək təhlükəsi altında olan fələstinlilərin hüquqlarını müdafiə edən fələstinli tədqiqatçı kimi tanınır.
ABŞ Dövlət Departamenti də Əbu Diyabın evinin sökülməsini pisləyib.