Aİ qaza qənaət etməyə davam etməyə hazırlaşırbackend

Aİ qaza qənaət etməyə davam etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı növbəti qış dövrünə hazırlıq məqsədilə üzv ölkələrin təbii qaza olan tələbatının 15 faiz azaldılmasını 1 il müddətinə uzatmağı təklif edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Avropa İttifaqı (Aİ) Komissiyası Rusiya-Ukrayna müharibəsinin başlaması və enerji böhranı səbəbindən həyata keçirilən fövqəladə tədbirin daha 12 ay müddətinə uzadılması təklifini açıqlayıb.

Aİ daxilində qaz qənaətinin enerji böhranı ilə mübarizəyə əhəmiyyətli töhfə verdiyi xatırladılıb və Aİ 2022-ci ilin avqustundan 2023-cü ilin dekabrına qədər ümumi olaraq qaz tələbatını 18 faiz azaldıb, təxminən 101 milyard kubmetr qaza qənaət edib.

Bəyanatda qüvvədə olan fövqəladə qaz qənaəti qanunvericiliyinin martın 31-də başa çatacağı xatırladılıb və komissiyanın üzv ölkələrə qaza tələbatın azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi təklifi edildiyi qeyd edilib.

Geosiyasi gərginliyin davam etməsi, sıx qlobal qaz bazarları və Aİ-nin Rusiyanın qalıq yanacaqlarından tamamilə qurtulma hədəfi nəzərə alınaraq, enerji qənaətinin davam etdirilməsi lazım olduğu vurğulanıb və təklifin 2019-cu ildə dəyərləndiriləcəyi bildirilib.