“Akkord”dan 100 minlik oğurluq olubbackend

“Akkord”dan 100 minlik oğurluq olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Akkord” şirkətlər qrupuna daxil olan MMC-lərdən külli miqdarda oğurluq edilib.

“Akkord Mərmər Qranit” MMC-nin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən zovodundan 90 220 manat dəyərində 675 metr naqil, 6 ədəd birləşdirici və elektrik lövhələri oğurlanıb.

Bundan başqa, “Akkord”un Sabirabad rayonunda yerləşən zavodundan da oğurluq edilib. Buradan isə 8 min manatlıq texnika, 6 min manatlıq boru oğurlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır. Cinayəti törədən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

 

İnterpress.az