İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Fransa prezidenti Emmanuel Makronun gündəmə gətirdiyi “Ukraynaya qoşun yeridilməsi” ehtimalına qarşı çıxıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İspaniya parlamentindəki “hökumətə suallar” iclasında çıxış edən Albares deyib ki, Ukraynada təbii ki, ispan əsgərləri olmayacaq: “Çünki biz sülh istəyirik. İspaniya hökuməti də Qəzzada və Ukraynada da eyni şeyi istəyir. Sülh və beynəlxalq hüquqlara hörmət edirik”.
İspaniyanın xarici işlər naziri onu da vurğulayıb ki, oktyabrın 7-dən İspaniya İsrailə silah ixracı üçün heç bir yeni lisenziya verməyib.
“İspaniya UNRWA-ya dəstəyini davam etdirən azsaylı ölkələrdən biridir, maddi yardımlarını daha da artıracaqlar, onlar da məcbur edəcəklər. Fələstinlilərə qarşı zorakılıqdan məsul olan israilli məskunlaşmaçılara fərdi sanksiyalar tətbiq edəcək”, – Albares deyib.
O, bunu həyata keçirəcəklərini bildirib.
İspaniyalı nazir qeyd edib ki, İordan çayının qərb sahilində Qəzzada olduğu kimi narahatedici bir vəziyyət var.