Almaniya dekabrda Şolts hökumətinə etimadsızlıq səsverməsi KEÇİRƏCƏKbackend

Almaniya dekabrda Şolts hökumətinə etimadsızlıq səsverməsi KEÇİRƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya dekabrın 16-da kansler Şolts hökumətinə etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə “Handelsblatt” məlumat yayıb.

Bildirilir ki, Almaniya dekabrın 16-da kansler Olaf Şolts hökumətinə etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır.

Nəşrin məlumatına görə, bu barədə XDİ/CSU və Sosial Demokrat Partiyasının Bundestaqdakı parlament qruplarının rəhbərləri Fridrix Merz və Rolf Mützeniç razılığa gəliblər.

“Handelsblatt”, həmçinin CDU/CSU dairələrindən Bundestaq seçkilərinin 23 fevral 2025-ci ildə keçirilməli olduğunu öyrənib”, – nəşr qeyd edir.

Lakin bu tarixlər Almaniya prezidenti Frank-Valter Ştaynmayer tərəfindən təsdiqlənməlidir.

Xuraman Etibarlı

İnterpress.az