İordaniyanın Qəzzaya hava yardımı çatdırmaq üçün başlatdığı əməliyyatda Almaniya Hərbi Hava Qüvvələri iştirak edəcək.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Almaniyanın müdafiə naziri Boris Pistorius Qəzzaya hava yardımı çatdırmaq üçün Hərbi Hava Qüvvələrinə göstəriş verib.
Qəzzada insanların ən ibtidai ehtiyaclardan məhrum olduğunu vurğulayan Pistorius deyib: “Onların qida və dərman vasitələrinə çatmalarını təmin etmək üçün üzərimizə düşəni etmək istəyirik. Bu məqsədlə Almaniya Silahlı Qüvvələri hər biri daşıya bilən iki Herkules nəqliyyat təyyarəsi təmin edir. 18 tona qədər yük daşıya bilər. Həqiqət odur ki, hava endirmə prosesi təhlükəsiz deyil. Bu məqsədlə təyin olunmuş qruplar müvafiq prosedurlar üzrə təlim keçmiş və yüksək təcrübəyə malikdir”.
Qeyd edilib ki, Qəzzaya hava yardımının çatdırılması missiyasını Fransanın Evreux şəhərində yerləşən və C-130J Hercules nəqliyyat təyyarələri ilə təchiz edilmiş hava nəqliyyatı donanması yerinə yetirəcək.
Havadan yardım əməliyyatının gələn həftə sonu başlaya biləcəyi bildirilib.