Almaniya Türkiyəni casusluqda İTTİHAM ETDİbackend

Almaniya Türkiyəni casusluqda İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Türkiyəni casusluqda ittiham edib.

interpress.az xəbər verir ki, Almaniyanın daxili kəşfiyyatdan məsul olan Federal Konstitusiyanı Müdafiə Təşkilatı, Türkiyə kəşfiyyat orqanlarının ölkədəki təsir və fəaliyyətlərinin müxtəlif aspektlərini təfərrüatlandıran 2023-cü il üçün hesabat dərc edib.

408 səhifəlik hesabatın əsas məqamlarından biri də Almaniya torpaqlarında türk kəşfiyyatının fəaliyyətinin təhlili olub.

İddia olunur ki, Türkiyə Rusiya, Çin və İranla birlikdə Almaniyada aktiv şəkildə gizli kəşfiyyat və casusluq fəaliyyəti ilə məşğuldur.

Hesabata görə, belə tədbirlərin keçirilməsində məqsəd ölkədəki siyasi qərarlara və proseslərə təsir etməkdir.

Hesabatda deyilir ki, türk kəşfiyyat rəsmiləri Almaniyadakı türk icmaları daxilində aktiv fəaliyyət göstərir, yerli siyasi və ictimai strukturlara təsir etmək istəyirlər.

Almaniya və Aİ-də terrorçu sayılan kürd hərbi-siyasi təşkilatı PKK-nın fəaliyyətinin öyrənilməsinə də xüsusi diqqət yetirilir. 2023-cü ildə PKK-nın törətdiyi cinayətlərin sayında 9,2% artım var (226 hadisə).

Almaniyada PKK tərəfdarlarının ümumi sayının 14 minə çatdığı vurğulanır. Onların “ianə kampaniyaları” kimi maliyyə əməliyyatlarına xüsusi diqqət yetirilir, nəticədə onlar keçən il 16-17 milyon avro toplaya biliblər.

Xuraman Etibarlı

İnterpress.az