Almaniyada kansler Şolza dəstək azalırbackend

Almaniyada kansler Şolza dəstək azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada Sosial Demokrat Partiyasının sədri və baş nazir Olaf Şolzdan narazılığın artdığı iddia edilib, kanslerin federal müdafiə naziri Boris Pistoriusa ötürülməsi ehtimalının partiya çevrələrində müzakirə olunduğu irəli sürülüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniyada aparılan son sorğulara görə, Sosial Demokrat Partiyasının (SPD) sədri və baş nazir Olaf Şolza dəstək ən aşağı səviyyəyə düşüb, müdafiə naziri Pistorius isə Almaniyada ən populyar siyasətçidir.

Xəbərdə adı açıqlanmayan SPD millət vəkilinin partiyadakı vəziyyəti “Titanik gəmisi” ilə müqayisə etdiyi və aysberqin görünməsinə baxmayaraq, gəminin ona dəyməsinin qarşısını almaq üçün heç kimin heç bir tədbir görmədiyi bildirilib.

SPD-də narazılığın artdığı və kanslerin federal müdafiə naziri Boris Pistoriusa verilməsi ehtimalının partiya dairələrində müzakirə olunduğu, bunun gündəmə gələ biləcəyi qeyd edilib.