Almaniyada “Şimal axını” boru kəmərinə hücumla bağlı axtarış aparılıbbackend

Almaniyada “Şimal axını” boru kəmərinə hücumla bağlı axtarış aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Brandenburq əyalətində Rusiya qazını Avropaya daşıyan “Şimal axını” boru kəmərlərinin təxribatı ilə bağlı aparılan təhqiqat çərçivəsində axtarış aparılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Şimal axını” boru kəmərlərinin təxribatı ilə bağlı aparılan təhqiqat çərçivəsində polis mayın 25-də Brandenburq əyalətinin Frankfurt an der Oder şəhərindəki evdə axtarış aparıb.

Bir qadının evində aparılan axtarışlar zamanı mobil telefonunun götürüldüyü bildirilib. Qeyd edilib ki, sözügedən qadın hadisəni törətməkdə şübhəli bilinən və istintaq altında olan ukraynalı şəxsin “keçmiş ortağı” olub, lakin şübhəli deyil.

Hoffmann bu məsələ ilə bağlı açıqlama vermək üçün istintaqın tamamlanmalı və Federal Prokurorluğun hesabatının gözlənilməli olduğunu vurğulayıb.

Mart ayında Almaniyada yayılan xəbərlərdə bildirilirdi ki, araşdırma aparan səlahiyyətlilər ötən il Ukraynayönlü bir qrupun “Şimal axını” boru kəmərlərində təxribat törətdiyinə dair sübutlar aşkarlayıb.

5 kişi və bir qadından ibarət qrupun 2022-ci ilin sentyabrında Almaniyanın şimalındakı Rostok şəhərində saxta pasportlarla yaxta kirayə verdiyi və “Şimal axını” boru kəmərlərində təxribat törətdiyi iddia edilib.

2022-ci ilin sentyabrında “Şimal axını” boru kəmərlərinin təxribatı Baltik dənizi vasitəsilə Rusiya və Almaniyanı birləşdirən boru kəmərlərinə böyük ziyan vurub.

Təxribatla bağlı araşdırmalar Danimarka və İsveç, eləcə də Almaniyadakı qurumlar tərəfindən aparılır.