Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyanın əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Bu, geridönüşü olmayan reallıqdır, bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edilib.
İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi məsələsi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşü zamanı müzakirə olunacaq.