Amerikada tələbələr arasında atışma olub, ölənlər və yaralılar varbackend

Amerikada tələbələr arasında atışma olub, ölənlər və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın Virciniya ştatının Norfolk şəhərində atışma baş verib.

Bu barədə “CNN” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, gecə yarısı hadisə yerinə gələn polis orada yeddi yaralı – dörd qadın və üç kişini aşkar edib.

Onların hamısı xəstəxanaya yerləşdirilib. Lakin iki yaralının həyatını xilas etmək mümkün olmayıb.

Norfolk Dövlət Universiteti silahlı hücuma məruz qalanların bəzilərinin universitet tələbələri olduğunu bildirib.

Norfolk polisi hələlik hadisənin motivləri barədə məlumat yaymayıb.