Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilibbackend

Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq yazıçısı Anar növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Bu gün AYB-nin XIII qurultayı keçirilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna seçki keçirilib.

Qeyd edək ki, seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub.

Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.