Anasını məhkəməyə verdi – Porno kassetə görəbackend

Anasını məhkəməyə verdi – Porno kassetə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Miçiqan ştatında 43 yaşlı David Verkinq valideynini onun porno filmlərini, jurnal kolleksiyalarını və seks oyuncaqlarını zibil qutusuna atdığı üçün məhkəməyə verib.

Yenisabah.az xəbər verir ki, məhkəmə valideynin, daha doğrusu, anasının Davidə 30.441 dollar təzminat ödəməsinə qərar verib.

David Verkinq 2016-cı ildə arvadından boşandıqdan sonra Miçigan ştatının Qrand Hevn şəhərində yaşayan anasının yanına köçüb.

Bu zaman o, şəxsi əşyalarının hamısını özü ilə aparıb.

2017-ci ildə anasından ayrılaraq İndianaya köçəndə isə əşyalarının göndərilməsini istəyib.

Bu zaman valideyni həmin əşyaları zibil qutusuna atdığını bildirib.

Verkinq də elə həmin gün anasını məhkəməyə verib.