Ani Lorak Kiyevdəki 1,5 milyon dollarlıq mənzilindən məhrum oldubackend

Ani Lorak Kiyevdəki 1,5 milyon dollarlıq mənzilindən məhrum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı müğənni Ani Lorak ölkə prezidenti Volodimir Zelenski tərəfindən təsdiq edilən sanksiyalara görə Kiyevdəki mənzilindən məhrum olub.

Ona məxsus daşınmaz əmlakının ümumi sahəsi 400 kv. metr, qiyməti isə 1,5 milyon dollardır.

Məhdudiyyətlərə məruz qalan başqa bir ifaçı Taisiya Povalinin də Ukraynada üçmərtəbəli malikanəsi var. Lakin onların taleyi barədə məlumat yoxdur.

Qeyd edək ki, oktyabrın 20-də Zelenski Ukraynada doğulmuş, lakin Rusiyada peşəkar karyera quran müğənnilər Taisiya Povaliy, Ani Lorak və Anna Sedokova, həmçinin teleaparıcı Regina Todorenkoya qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.

Mənbə: gazeta.ru