AP üzvlərinin telefonlarında casus proqram olduğu üzə çıxıbbackend

AP üzvlərinin telefonlarında casus proqram olduğu üzə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin (AP) Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin (SEDE) 2 üzvünün şəxsi telefonlarında casus proqram aşkarlanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Avropa Parlamentinin sözçüsü vəzifəsini icra edən Delphine Colard açıqlamasında Komitə üzvlərinin kiber təhlükəsizliyini təmin etmək üçün aparılan skanlar zamanı 2 SEDE üzvünün şəxsi telefonlarında casus proqram aşkarlandığını təsdiqləyib:

“Sözügedən geosiyasi konteksti və SEDE-nin təqib etdiyi faylların xarakterini nəzərə alaraq, bu alt komitənin üzvlərinin cihazlarına və onların işini dəstəkləyən əməkdaşlarına xüsusi diqqət yetirilir”.

Casus proqram hücumlarının arxasında kimin olduğu barədə məlumat verməyən Colard bildirib: “Fəaliyyətin xarakterinə görə, AP-nin təhlükəsizliyi, kibertəhlükəsizlik məsələləri və ya bu xüsusi prosedurda istifadə olunan alətlər haqqında əlavə şərh vermirik”.

Colard bildirib ki, 2 komitə üzvünün telefonlarında casus proqram izləri aşkar edildikdən sonra bütün üzvlər texnoloji cihazlarını skan etmək üçün çağırılıb.

2022-ci ilin aprelindən bəri 250-dən çox deputatın cihazı skan edilib

Avropa Parlamentinin sədri Roberta Metsola 2022-ci ilin martında bəzi deputatların cihazlarında ilk dəfə olaraq casus proqram aşkar edildikdən sonra bütün Avropa Parlamenti üzvlərinə şəxsi telefonlarını və kompüterlərini casus proqramlar üçün skan etmək imkanı təklif edib.

Bu çərçivədə ilk yoxlamalar 2022-ci ilin aprelində başladı və indiyədək 250-dən çox AP üzvünün cihazlarında 500-dən çox skan edilib.

Prosedura əsasən, şəxsi cihazı mümkün təhlükə kimi aşkar edilən millət vəkilinin razılığı ilə kibertəhlükəsizlik xidmətləri tərəfindən dərin təhlil aparılır və daha sonra proses barədə millət vəkili məlumatlandırılır.

Casus proqram hücumu ilə üzləşən SEDE üzvləri 2023-cü ilin dekabrında Hindistan, İsrail və işğal olunmuş Fələstin ərazilərinə səfər ediblər.