Apple bu saatların satışını davam etdirəcəkbackend

Apple bu saatların satışını davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın texnologiya nəhənglərindən olan “Apple” qanda oksigen səviyyəsini ölçmə xüsusiyyəti aradan qaldırılan Apple Watch Ultra 2 və Apple Watch Series 9-un ABŞ-da satışına davam edəcəyini açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Apple tərəfindən “9to5Mac” internet saytına edilən şərhə görə, ABŞ-da Apple Watch Series 9 və Ultra 2 satışları qanda oksigen səviyyəsini ölçmə xüsusiyyəti olmadan davam edəcək.

ABŞ-da patent pozuntusu səbəbiylə tətbiq edilən qadağanın bir hissəsi olaraq oksigen səviyyəsini ölçmə qabiliyyəti ləğv edilən saatlar bu gün yerli vaxtla saat 06:00-dan etibarən Apple mağazalarında və internet saytında satışa çıxarılacaq.

Apple, yenidən dizayn edilmiş saatları alan istifadəçilərin ekranda qanda oksigen səviyyəsini ölçən tətbiqin simvolunu görəcəklərini, lakin üzərinə tıkladıqları zaman bu funksiyanın mövcud olmadığı barədə xəbərdarlıq alacaqlarını bildirib.

Qan oksigen səviyyəsini ölçmə xüsusiyyətinə malik Apple Watch Series 9 və ya Ultra 2 modellərini daha əvvəl alanlar bu vəziyyətdən təsirlənməyəcək.