AQTA-nın keçmiş vəzifəli əməkdaşına hökm oxunubbackend

AQTA-nın keçmiş vəzifəli əməkdaşına hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Həsənov Rauf Sadiq oğluna hökm oxunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, Bərdə Rayon Prokurorluğunda aparılan istintaq tədbirləri ilə R.Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində rayonun Kələntərli qəsəbəsi ərazisində yerləşən pendir istehsalı ilə məşğul olan sexin fəaliyyətini bərpa etdirmək üçün vətəndaşdan 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) və 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.