Araşdırma: yatmazdan əvvəl dişləri yumamaq ürək xəstəliyi riskini artıra bilərbackend

Araşdırma: yatmazdan əvvəl dişləri yumamaq ürək xəstəliyi riskini artıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yatmazdan əvvəl dişləri fırçalamamaq ürək xəstəliyi riskini artıra bilər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Diş fırçalama tezliyi ilə ürək xəstəliyi riski arasındakı əlaqəyə fokuslanan araşdırmanın nəticələri dərc edilib.

Tədqiqat çərçivəsində 2013-2016-cı illər arasında Yaponiyanın Osaka Universitet Xəstəxanasında yatan xəstələr arasından 1675 xəstə seçilib.

İştirakçılar dişlərini gündə iki dəfə səhər və axşam fırçalayanlar, yalnız gecə dişlərini fırçalayanlar, yalnız səhər dişlərini fırçalayanlar və ümumiyyətlə dişlərini fırçalamayanlar olaraq dörd qrupa bölünüblər.

Tədqiqatçılar iştirakçıların yaşını, cinsini və siqaret çəkmə tarixini də nəzərə alıblar. Bundan əlavə, iştirakçıların sağlamlıq qeydləri dörd müstəqil tədqiqatçı tərəfindən retrospektiv olaraq nəzərdən keçirilib.

Tədqiqat ürək çatışmazlığı, ürək ritminin pozulması, infarkt, sinə ağrısı, ürək qapağı və cərrahi əməliyyat tələb edən aorta xəstəlikləri kimi ürək-damar xəstəlikləri üzərində cəmlənib.

Dişlərini gündə iki dəfə fırçalayanların və yalnız gecə fırçalayanların ürək-damar xəstəliklərindən sağ qalma (təxmin edilən) nisbətləri ümumiyyətlə fırçalamayanlara nisbətən əhəmiyyətli dərəcədə yüksək idi.

Araşdırmanın nəticələri dişləri yalnız səhər fırçalamağın qeyri-kafi olduğunu və gecə fırçalamanın sağlamlıq üçün əhəmiyyətli olduğunu ortaya qoyub.

Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.