Argentinanın yeni prezidenti, ifrat sağçı Mileyi “çətin” proses gözləyirbackend

Argentinanın yeni prezidenti, ifrat sağçı Mileyi “çətin” proses gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada keçirilən mübahisəli prezident seçkilərində böyük fərqlə qalib gələn ifrat sağçı ekstremist Xavyer Mileyi iqtisadi böhranın kölgəsində “çətin” dörd il gözləyir. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Qutuların 99 faizindən çoxunun açıldığı seçki nəticələrinə görə, Azadlıq İnkişaf Partiyasının namizədi Milei 55,69 faiz səslə prezident seçilib.

Seçkilərin ilk turunda səslərin 30 faizini toplayan Milei, dünən keçirilən ikinci tur seçkilərində səslərini 25 baldan çox artıraraq rəqibi “Peronist” ittifaq namizədi və hazırkı nazirdən 12 xal üstünlüyü əldə edib.

Konqresə üzv seçildiyi 2021-ci ilə qədər siyasətdən xəbərsiz olduğu bilinən 53 yaşlı Milei avqustun 13-də keçirilən praymerizdə 30 faiz səs toplayaraq bütün anketləri təəccübləndirib.

Argentina mətbuatında yer alan bəzi xəbərlərdə illərdir siyasətdən məyus olan gənclər və mövcud vəziyyətdən narahat olan kütlələrin siyasətçilərdən umduqlarını tapa bilməməsi Mileinin uğurunun sirləri arasında göstərilir.

Bununla belə, Beynəlxalq Valyuta Fonduna (BVF) ödəniləcək 44 milyard dollarlıq borc, illik inflyasiyanın 140 faizi ötməsi, qənaət siyasətləri, milli valyuta pesonun dollar qarşısında devalvasiyası və yüksək işsizlik səviyyəsi Mileyi gözləyən çətin vəzifələr sırasındadır.