Astara Pedaqoji Kollecində nöqsanlar aşkarlanıb, direktor müavini işdən çıxarılıb.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) məlumat verilib.
Qeyd olunub ki, kollecdə keçirilən monitorinq zamanı tədrisin təşkili ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib və bu nöqsanların aradan qaldırılması üçün kadr və struktur islahatlarına başlanılıb. Nəticədə Agentliyin 26 dekabr 2023-cü il tarixli əmri ilə filologiya üzrə fəlsəfə doktoru, professor Kamran Kazımov Astara Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilib.
Bildirilib ki, islahatların davamı olaraq kollecin tədris işləri üzrə direktor müavini Yusif Şahnamazov Agentlik sədrinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib və Kollecin coğrafiya müəllimi Əsgərzadə Aynur Aydın qızı tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.