Avropa Komissiyasının Qonşuluq Məsələləri və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kopman Azərbaycana səfərə gəlib. Bu barədə məmur sosial şəbəkədəki səhifəsində yazıb.
İnterpress.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə səmərəli görüş keçirdiyinə aydınlıq gətirib.
“Azərbaycana COP29, minaların təmizlənməsi və sair üzrə Aİ-Azərbaycan əməkdaşlığını müzakirə etmək üçün gəlmişəm. Bu, yaşıl enerji, regional əlaqələr və Cənubi Qafqazda sülh üçün müsbət gündəmin qurulması üçün mühüm fürsətdir”, – nəşr yazır.