Fevralın 22-də Avstraliyanın cənub-şərqindəki Viktoriya əyalətində başlayan meşə yanğınları “fəlakətli” səviyyəyə yüksəldiyindən, təxminən 30 min insanın yaşadıqları ərazini təxliyəsi tələb olunub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
“The Australian” qəzetinin məlumatına görə, səlahiyyətlilər nəzarətsiz meşə yanğınlarının “fəlakətli” səviyyəyə çatdığını bildiriblər.
Səlahiyyətlilər əyalətin qərbində yaşayan təxminən 30 min insanı dərhal bölgəni tərk etməyə çağırıb.
Fövqəladə hallar barədə məlumat və xəbərdarlıqlar haqqında məlumat verən ViceEmergency veb-saytı da yanğının böyüyə biləcəyi və yolların bağlana biləcəyi barədə xəbərdarlıq edib.
Fevralın 22-də Viktoriya ştatının qərbində meşə yanğını baş verib və səlahiyyətlilər küləyin alovu şimal-şərqə daşıdığını və bölgə ətrafındakı yaşayış məntəqələrinin yanğın təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Səlahiyyətlilər yanğının başladığı gündən bu yana 19 min 500 hektardan çox ərazinin külə döndüyünü bildirib.
Avstraliya Meteorologiya Bürosu isti və küləkli hava proqnozlaşdırdıqlarını, buna görə də yanğının fevralın 28-də “fəlakətli” səviyyəyə çatma riskinin olduğunu vurğulayıb.