Axtarışda olan şəxs psixotrop maddə və döyüş sursatı ilə yaxalandıbackend

Axtarışda olan şəxs psixotrop maddə və döyüş sursatı ilə yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycanda axtarışda olan narkotiklə yaxalanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Open.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən 11.07.2020-ci il tarixdə barəsində axtarış elan edilmiş Lənkəran şəhər sakini M.Ocaqov saxlanılıb. Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 4 bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi, yaşadığı ünvandan isə avtomat silahına aid 12 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Axtarışda olan şəxs psixotrop maddə və döyüş sursatı ilə yaxalandı - Gallery Image

 

İnterpress.az