ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) elmi araşdırmalar üçün Aya astronavt göndərilməsini nəzərdə tutan Artemida Missiyasında ekipajın Aya enişinin 2026-cı ilə təxirə salındığını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Kosmos vasitəsi ilə əlaqədar təhlükəsizlik narahatlıqlarına, astronavtların kostyumları və eniş vasitələrində problemlərin olduğu ifadə edilib.
Açıqlamada astronavtların Aya enişinin 2026-cı ilin sentyabrına təxirə salındığı bildirilib.
Açıqlamada layihənin tarixinin dəyişdirilməsinin əsas səbəbinin “ekipaj təhlükəsizliyi” olduğu və komandaların bütün çətinlikləri titizliklə idarə etdiyi vurğulanıb.
NASA Administratoru Bill Nelson qeyd edib ki, bu gecikmələr Artemis komandalarına çətinlikləri aradan qaldırmaq üçün daha çox vaxt verəcək.
Artemida missiyası çərçivəsində elmi araşdırmalar aparmaq üçün Aya 4 astronavt göndərilməsi planlaşdırılır.
Eyni proqram çərçivəsində ABŞ Ayda daimi baza yaratmağı və Aydan Marsa səyahət üçün dayanacaq kimi istifadə etməyi və orada qiymətli metalların çıxarılmasını nəzərdə tutur.