Azərbaycan əleyhinə təbliğat və saxta xəbərlər yayan erməni jurnalist, “DOXA”nın həmtəsisçisi Armen Aramyan qiyabi olaraq 10 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Basmannı Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, məhkəmə DOXA (Rusiyada arzuolunmaz təşkilat kimi tanınır) nəşrinin həmtəsisçisi ekstremist Armen Aramyanı qiyabi həbs edib.
O, terrorizmə bəraət qazandırmaq və ordu haqqında saxtakarlıq ittihamı ilə qiyabi olaraq 10 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, DOXA-nın keçmiş redaktoru Armen Aramyan terror təbliğatı işi üzrə beynəlxalq axtarışa verilib.
Xuraman Etibarlı
İnterpress.az