Partiya sədri: Azərbaycan Fransa səfirini qovmalıdırbackend

Partiya sədri: Azərbaycan Fransa səfirini qovulmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Fransa ilə diplomati əlaqələri kəsməlidir. Bu yaramaz, siyasi əxlaqa zidd sənədə qarşılıq verilməlidir.

Bu sözləri İnterpress.az-a Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi bədnam qətnamə diplomatik münasibətlərə ziddir. Bu, bizi hiddətləndirib, dözülməz haldır, xəyanətdir! Avropanın Azərbaycana yalvararaq qışda donmamaq üçün Azərbaycan qazına möhtac olduğunu görünür unudub. Azərbaycan Fransaya sanksiya tətbiq edə bilər, Fransa yox… Avropa, başda da Fransa unutmasın ki, Azərbaycan qazına onlar möhtacdırlar…

Fransanın bu addımı münasibətlərə kölgə salır.

Azərbaycan Fransa ilə diplomati əlaqələri kəsməlidir. Bu yaramaz, siyasi əxlaqa zidd sənədə qarşılıq verilməlidir. Fransanın dövlət rəsmiləri “persona non grata” elan edilməlidir.

Bədnam qətnamə ilə bağlı rəhbərlik etdiyim partiyanın İdarə Heyətinin növbədənkənar toplantısı çağrılıb. Sabah keçiriləcək toplantıda Fransanın Bakıdakı səfirliyinin binasının qarşısında etiraz aksiyalarının keçirilməsi müzakirə ediləcək.

Buradan hökümət nümayəndələrinə səslənirəm: Fransanın Azərbaycandakı səfiri ölkədən qovulmalıdır. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmayan dövlətin Bakıda diplomatik korpusu və nümayəndəsi olmamalıdır. Hesab edirəm ki, bu məlum qətnaməyə sərt reaksiya verilməlidir.

Azərbaycanla düşmən olan hər bir dövlət bilməlidir ki, müxalifət milli maraqlar məsələsində iqtidarın yanındadır!

İnterpress.az