Azərbaycan Könüllü Təşkilatları İttifaqı prezident seçkilərinə fəal şəkildə hazırlaşırbackend

Azərbaycan Könüllü Təşkilatları İttifaqı prezident seçkilərinə fəal şəkildə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Könüllü Təşkilatları İttifaqı 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərinə fəal şəkildə hazırlaşır.

İnterpress.az xəbər verir ki, vətəndaş vəzifəsi və məsuliyyətini dərk edən Azərbaycan könüllüləri seçki prosesinə töhfə vermək məqsədilə seçki qanunvericiliyinə uyğun olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqının təmsilçiləri qismində seçkilərin müşahidəsində iştirak etmək niyyətindədirlər.

Bununla bağlı könüllülərin siyahısı hazırlanıb və qaydalara uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Qeyd edək ki, aktiv seçki hüququna malik olan, 18 yaşına çatmış və seçki gününə qədər 18 yaşı tamam olan Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə müşahidəçi qismində iştirak edə bilər.