Korsikada müstəqillik tərəfdarı olan fəalları birləşdirən və müstəmləkə hökmranlığına qarşı mübarizəyə aparan “Nazione” hərəkatının təsis olunmasından iki gün sonra hərəkatın azadlıq fədailəri və onların ailə üzvləri Fransa polisinin amansız zorakılığı ilə qeyri-qanuni saxlanılıb və təqib olunub.
İnterpress.az-ın məlumatına görə, bu barədə Korsikanın azadlıq fədailərinə qarşı amansızlığın pislənilməsinə dair “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin bəyanatında deyilir.
“Biz Qarabağda işğalçılara və qanunsuz rejimə qarşı döyüşmüşük. Əminik ki, haqq və ədalət uğrunda mübarizə aparanlar sonda qələbə çalır. Biz Korsika xalqının müstəqillik uğrunda mübarizəsini dəstəkləyirik.
Korsika xalqının pozulmuş hüquqlarının bərpası uğrunda mübarizəsi tamamilə legitimdir və vacibdir. Fransa polisin qanunsuz təqibləri Korsika xalqının istiqlaliyyət mübarizəsini sındıra bilməyəcək.
Fransa hökumətindən tələb edirik ki, müstəmləkə xalqlarına təzyiq, təqiblər dayandırılsın, bütün saxlanılanlar dərhal sərbəst buraxılsın”, – bəyanatda deyilir.