Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov əmirliyin Əl-Asima mühafəzəsinin qubernatoru Şeyx Abdullah Salim əl-Əli əl-Sabah ilə görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycanın krallıqdakı səfirliyinin mətbuat xidməti bildirib.
“Səfir Emil Kərimov Əl-Asima Qubernatoru Şeyx Abdullah Salim əl-Əli əl-Sabah ilə görüşdə ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələləri müzakirə etdi”, – məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, səfir Emil Kərimov 2022-ci ildən Azərbaycanın Küveytdəki diplomatik missiyasına başçılıq edir.