Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla münasibətlərin normallaşmasının real göründüyünü bəyan edib.
İnterpress.az-ın xəbərinə görə, o, dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycan-Türkiyə müttəfiqliyinin bölgədə sabitliyin qorunmasının əsas faktoru olduğunu deyib.
“Münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət var. Region ölkələri arasında münasibətlər qurulmalıdır. Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq və belə olan təqdirdə müsbət nəticələr əldə etmək real görünür”, – nazir qeyd edib.