Azərbaycanda avtomobil su kanalına düşdü: Ölənlər varbackend

Azərbaycanda avtomobil su kanalına düşdü: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunun Nərimankənd kəndində QAZ markalı minik avtomobili su kanalına düşüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.