Azərbaycanda bir aydan sonra müqaviləsini pozmuş futbolçu yenidən “Sumqayıt”da – FOTObackend

Azərbaycanda bir aydan sonra müqaviləsini pozmuş futbolçu yenidən “Sumqayıt”da – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Premyer Liqanın ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.

Belə ki, Sumqayıt komandası son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2,5 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Dmitri Nağıyev “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı “Stumbras” (1 oyun), Vyana “Qarabağı” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. Nağıyev həmçinin U-21 millimizin də (2 oyun) şərəfini qoruyub.

Onu da bildirək ki, Ukraynada doğulmuş 25 yaşlı müdafiəçi 2018-ci ilin iyulun 3-də “Sumqayıt”la bir illik müqavilə bağlasa da, oyuna çıxmayıb və bir ay sonra komandanı tərk edib. Onun atasının soyadı Azərbaycan familiyasına bənzəsə də, ana tərəfdən yarı azərbaycanlı, yarı ukraynalıdır.

 

İnterpress.az