Salyan rayonunda ildırım çaxdıqdan sonra restoranda yanğın başlayıb.
Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat verib.
Bildirilib ki, hadisə “Bağ içi” restoranında saat 04:15 radələrində baş verib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Amma yanğın nəticəsində obyektə xeyli zərər dəyib.
Yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb.