Sumqayıtda parklanma nəzarətçisi döyülüb.
İnterpress.az xəbər verir ki, hadisə aprelin 5-i “Karvan” ticarət mərkəzinin qarşısında qeydə alınıb.
Ad soyadı hələlik bilinməyən qadın sürücü avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini döyüb.
Hadisə anı ətrafda olanlar tərəfindən telefon vasitəsilə lentə alınıb.