“Azərbaycanda rus bölməsi məktəblərinin keyfiyyəti aşağıdır”backend

“Azərbaycanda rus bölməsi məktəblərinin keyfiyyəti aşağıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda rus bölməsi məktəblərinin keyfiyyəti Azərbaycan bölməsindən əsaslı şəkildə aşağıdır”.

İnterpress.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, rus bölməsinin nəticələri getdikcə aşağı düşür: “Eyni məktəbi götürüb sektorlar arasında nəticəyə baxa bilərik. Məsələn, Z. Əliyeva adına lisey riyaziyyat fənni baxımından ən yaxşı nəticə göstərən məktəblərdən biridir. Bu təhsil müəssisəsində Azərbaycan bölməsi üzrə nəticə 75, rus bölməsi üzrə isə 68-dir. Ən yaxşı rus bölməsi məktəbi Azərbaycan bölməsi üzrə top 15-ə belə düşmür. Bunun özü cəmiyyət, təhsil ictimaiyyəti üçün bir sualdır. Bu baxımdan bizim bölmələrimiz və təhsilin keyfiyyəti tədqiqat mövzusu ola bilər”.