Azərbaycanda təbiətə qulluq edən gənclər – Onlar kimlərdir? (FOTO)backend

Azərbaycanda təbiətə qulluq edən gənclər – Onlar kimlərdir? (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günə kimi ölkədə iki gölün ətrafını təmizləmişik, hazırda sayca üçüncü göl – Binəqədi gölündə təmizlik işləri aparılır.

Bunu Ecofront aktivist qrupunun təsisçisi Cavid Qara bildirib. Onun sözlərinə görə, Binəqədədi gölündən artıq iki zibil maşını tullantı çıxarılıb:

“Ecofrontun fəaliyyəti 2017-ci ildən başlayır. Bu günə kimi gördüyümüz bir çox işlər var ki, onlardan biri də yaşıl ərazilərdə təmizlik və meşə qırğınlarının qarşısını almaq, yaşam arealının itirilməsinəı qarşı mübarizə aparmaqdır. Şəkidə, Qaxda, Qusarda meşələrin qorunmasında əziyyətimiz olub. Son vaxtlar isə göllərin ətrafını tullantılardan təmizləməkdir ki, bu günə qədər Quba və Şabranda bu işləri aparmışıq. Hazırda Binəqədi gölün təmizlik aparılır və artıq iki dəfə bu ərazidə işlər görülüb. Hər iki aksiyada 10-15 nəfərə yaxın insan iştirak edib və 2 zibil maşını tullantı çıxarılıb. Bildirim ki, Binəqədi gölü digər göllərdən çox böyükdür”.

C.Qara qeyd edib ki, qrupun daimi üzvü 3 nəfərdir ancaq könüllü kimi qoşulanların sayı 100-ə çatır. Təmizlik işlərinin görülməsində isə hərdən maliyyə dəstəyi də lazım olur:

“Belə ki, ərazidən tullantıları çıxarmaq üçün ən azından yük maşını ehtiyac yaranır. Bu işlər üçün isə maliyyə lazımdır. Biz maliyyə yardımını işlərin 50 faizi gördükdən sonra istyirik. İnsanlara da göstərmək istəyirik ki, misal üçün təmizlik bur əraziyə kimi olunub, müəyyən qədər pul xərclənib. Bundan sonra yerdə qalan işləri görmək üçün xərclədiyimiz qədər maliyyə lazımdır”.

Qrupun təsisçisi sonda qeyd edib ki, Binəqədi gölünün təmizlənməsi zamanı onlara bələdiyyə tərəfindən də yardım təklifi olunub.

Azərbaycanda təbiətə qulluq edən gənclər - Onlar kimlərdir? (FOTO) - Gallery Thumbnail
Azərbaycanda təbiətə qulluq edən gənclər - Onlar kimlərdir? (FOTO) - Gallery Thumbnail
Azərbaycanda təbiətə qulluq edən gənclər - Onlar kimlərdir? (FOTO) - Gallery Thumbnail

İnterpress.az