Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıbbackend

Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin aprel ayında ölkədən çıxışına qadağa qoyulan 495 nəfərin Azərbaycanı tərk etməsinə, ölkəyə girişinə qadağa qoyulan 15 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.

Bu barədə İnterpress.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 275 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.