Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 nəfərin yeri müəyyən olunubbackend

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 nəfərin yeri müəyyən olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin yeri müəyyən olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovun da iştirak etdiyi 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, İnterpola üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin də yeri müəyyənləşdirilib.

Bundan başqa, təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib.