Azərbaycanın sabiq Ombudsmanı: “Səhhətimdə problem var, əməliyyat olunmuşam”backend

Azərbaycanın sabiq Ombudsmanı: “Səhhətimdə problem var, əməliyyat olunmuşam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səhhətimdə problem var, əməliyyat olunmuşam”.

Bunu İnterpress.az-a açıqlamasında Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

O, ölkədə baş verən bütün prosesləri izlədiyini söyləyib: “Xankəndiyə bayrağımızın sancılması sevindiricidir. Hamımızın gözü-qulağı orada idi. Çox şükür! Xalq olaraq, hər zaman o hisslərlə yaşamışıq”.

Sabiq Ombudsman hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi fəaliyyət göstərdiyini də vurğulayıb: “Akademiyada da işlərimi davam etdirirəm. Hazırda səhhətimdə problem var. O qədər də yaxşı deyiləm. Əməliyyat olunmuşam”.

Qeyd edək ki, E.Süleymanova 1937-ci ildə anadan olub.