Babək rayonunda “Mercedes” aşıb, 4 nəfər xəsarət alıbbackend

Babək rayonunda “Mercedes” aşıb, 4 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

Hadisə Naxçıvan-Şahbuz magistralının Uzunoba yolu ətrafında qeydə alınıb.

“Mercedes” markalı avtomobilin aşması nəticəsində 4 nəfər – 2001-ci il təvəllüdlü Abuzərov İbrahim Nuhali oğlu, 1988-ci il təvəllüdlü İsmayılov Yusif Həsən oğlu, 1995-ci il təvəllüdlü Ələkbərov Elvin Hüseyn oğlu və sürücü, 1961-ci il təvəllüdlü Əliyev Zahid Firudin oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.